"ASAN xidmət”də fasad işıqları 1 saatlıq söndürüləcək

   "ASAN xidmət”də fasad işıqları 1 saatlıq söndürüləcək
  30 Mart 2019    Oxunub:2242
Hər il mart ayının son şənbə günü dünyada qeyd olunan “Yer saatı” aksiyası ilə əlaqədar olaraq, "ASAN xidmət” mərkəzlərinin fasad işıqları 1 saatlıq söndürüləcək.
Bu barədə Azvision.az -a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, aksiyaya uyğun olaraq məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir: ASAN xidmət olaraq bu il də xidmət mərkəzlərinin fasad işıqlarını 1 saatlıq söndürməklə bu hərəkata qoşuluruq".

Azvision.az


Teqlər: ASAN-xidmət   İşıq  





Xəbər lenti