“Donor məsələsi hələ müzakirə olunur” - Nazir müavini

  30 Mart 2019    Oxunub : 956
 “Donor məsələsi hələ müzakirə olunur” - Nazir müavini
Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni hazırlanan qanun layihəsində qohum olmayan şəxslərin də donor ola bilməsi təklif edilir.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azvision.az -a açıqlamasında bildirib ki, qohum olmayan şəxslərin donor məsələsi hələ komissiyalarda müzakirə olunur.
"Orqan nəqli ilə bağlı etik komissiyalarda iş görülməlidir. Nazirliyin etik komissiyası var, müəssisələrin də etik komissiyaları olmalıdır. Fikrimcə, bu məsələlər qanunvericlik aktlarında nizamlanmalıdır".

Nazir müavini qeyd edib ki, kənar şəxslərdən orqan köçürülməsinə dünya təcrübəsində ikili yanaşılır: "Müzakirələrdən sonra bu barədə fikir bildiriləcək".

Qeyd edək ki, insan orqanlarının transplantasiyası ilə bağlı hazırlanan yeni qanun layihəsi 5 fəsil, 36 maddədən ibarətdir. Qanun layihəsində donorların, resipiyentlərin reyestrinin aparılması, eyni zamanda, resipiyentlərin gözləmə vərəqəsinin olması nəzərdə tutulur ki, bu gözləmənin elektron qaydada aparılması təklif edilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Səhiyyə-Nazirliyi   Elsevər-Ağayev