Quba sakinləri Bakıda əcnəbini qarət etdilər

Quba sakinləri Bakıda əcnəbini qarət etdilər
  30 Mart 2019    Oxunub:3698
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı mənzildən 2500 manat, 500 avro və 12000 manat dəyərində qızıl-zinət əşyaları, habelə içərisində sənədlər və 400 avro olan kiçik həcmli seyfin oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış, bu cinayət əməlini törədən şəxslər qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Baş Cinayət Axtarışı İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunan C.Abdullayev və L.Şıxəliyeva saxlanılıblar. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti