Türkiyədə “sükut günü” başlayıb

  30 Mart 2019    Oxunub : 1029
 Türkiyədə “sükut günü” başlayıb
Sabah Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar martın 30-da yerli vaxtla saat 18.00-dan etibarən təbliğat və təşviqat işləri dayandırılıb.
Ali Seçki Komissiyasının qərarına əsasən “sükut günü” martın 31-i saat 21.00-dək davam edəcək.

Qeyd edək ki, səsvermə ölkənin şərq və cənub-şərq bölgələri daxil olmaqla, 31 vilayətdə yerli vaxtla saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.

Azvision.az

Teqlər: Türkiyə   Seçki