Yolu keçən piyadanı maşın vurub öldürdü - FOTO

   Yolu keçən piyadanı maşın vurub öldürdü -    FOTO
  31 Mart 2019    Oxunub:3824
Bakıda Ziya Bünyadov prospektində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, qəza Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili yolu keçən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.





Azvision.az



Teqlər: Bakı   Qəza  





Xəbər lenti