45 yaşlı xanım vəkil prezident seçildi - FOTOLAR

 45 yaşlı xanım vəkil prezident seçildi -  FOTOLAR
  31 Mart 2019    Oxunub:13815
Slovakiyada keçirilən prezident seçkilərində qalibin kim olduğu bilinib.
Azvision.az xəbər verir ki, Slovakiyanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, artıq səslərin 96,8 faizi hesablanıb.

Nəticələrə əsasən, Pezinok şəhərindən olan 45 yaşlı vəkil Zuzana Çaputova prezident seçkilərinin qalibi olub. O, səslərin 58,3 faizini alıb, rəqibi Maroş Şefçoviç isə 41,7 faiz səs toplayıb.







Azvision.az



Teqlər: Slovakiya  





Xəbər lenti