Türkiyədə bələdiyyə seçkiləri keçirilir

   Türkiyədə bələdiyyə seçkiləri keçirilir
  31 Mart 2019    Oxunub:2179
Bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.

Azvision.az xəbər verir ki, 31 vilayətdə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb. Həmin vilayətlərdə səsvermə 16.00-da yekunlaşacaq. Digər bölgələrdə isə səsvermə saat 08.00-dan 17.00-dək davam edəcək.
Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzə 75 milyondan çox vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir.

Seçkilərə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi), Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Azad Mübarizə Partiyası (Hür Dava Partisi), Demokrat Partiya, "İYİ Parti", Xalqların Demokratik Partiyası və Demokratik Solçu Partiyası qatılıblar.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2014-cü ilin martın 30-da baş tutub.

Azvision.az



Teqlər: Türkiyə   Seçki  





Xəbər lenti