Ukraynada seçki başa çatdı - Yenilənib

Ukraynada seçki başa çatdı -  Yenilənib
  01 Aprel 2019    Oxunub:6087
Ukraynada prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermə saat 20:00-da başa çatıb.

Saat 15:00-a olan məlumata əsasən, seçicilərin 45 faizdən çoxu səsvermədə iştirak edib.
***
Ukraynada keçirilən prezident seçkilərində saat 11:00-a olan nəticələrə görə, seçici fəallığı 16,35 faiz təşkil edib.

Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, üç saat ərzində ən çox seçici fəallığı Zaporojya (21,1 faiz) və Kirovoqrad (21,62 faiz) vilayətlərində olub. Ən zəif seçici fəallığı isə Zakarpatya vilayətində (7,65 faiz) qeydə alınıb. Hazırda səsvermə davam edir.
***
(09: 15)

Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

Azvision.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. Səsvermə axşam saat 20:00-dək davam edəcək. Prezident postu uğrunda 39 namizəd mübarizə aparır.

Qeyd edək ki, Ukraynada 30 milyona yaxın vətəndaş səsvermə hüququna malikdir.

Azvision.az



Teqlər: Ukrayna   Prezident   Seçki  





Xəbər lenti