Aprel şəhidi: Milli Qəhrəmanın doğum günüdür - FOTOLAR

    Aprel şəhidi:    Milli Qəhrəmanın doğum günüdür -  FOTOLAR
  31 Mart 2019    Oxunub:13941
Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin doğum günüdür.
AzVision.az -ın məlumatına görə, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib.

M.Mirzəyev 2016-cı ildə aprel döyüşlərində şəhid olub.



Şəhid zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. M.Mirzəyev aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.



Şəhidin həyat yoldaşı Fizzə Mirzəyeva Murad Mirzəyevin doğum günü ilə bağlı xatirələrindən danışarkən bildirib ki, o, ad günlərini heç vaxt təmtəraqla qeyd etməyib.

“31 Mart Azərbaycanlıların Soyqırımı günüdür. Ona görə Murad heç vaxt 31 martda ad gününü qeyd etməzdi. Ümumiyyətlə, Murad təmtəraqlı doğum günü keçirmək həvəskarı deyildi. Biz ya bir gün tez, ya da bir gün gec qeyd edirdik".

2016-cı ilin martın 31-də 40 yaşı tamam olan Murad Mirzəyev doğum günündən bir neçə gün sonra döyüşlərə qoşularaq canından çox sevdiyi vətəni uğrunda şəhid olub.









Anar Kəlbiyev
AzVision.az


Teqlər: Murad-Mirzəyev   Şəhid  





Xəbər lenti