Türkiyədə seçki məntəqəsində atışma: 2 nəfər ölüb

  31 Mart 2019    Oxunub : 2218
 Türkiyədə seçki məntəqəsində atışma: 2 nəfər ölüb
Türkiyənin Malatya bölgəsinin Pötürge qəsəbəsindəki seçki məntəqəsində silahlı insident baş verib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermə zamanı iki qrup arasında dava düşüb. Dava iştirakçılarından birinin açdığı atəş nəticəsində iki nəfər qətlə yetirilib.
Ölənlərin Hasan Aktaş və İlyas Aktaş adlı şəxslər olduğu müəyyən edilib. Ərazi polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.

Azvision.az

Teqlər: Türkiyə   Seçki