Ukraynadakı seçkilərdə “exit-poll”un ilkin nəticələri

 Ukraynadakı seçkilərdə “exit-poll”un ilkin nəticələri
  31 Mart 2019    Oxunub:4509
Ukraynada prezident seçkiləri ilə əlaqədar səsvermə davam edir.
Azvision.az xəbər verir ki, saat 15:00-a olan nəticəyə əsasən, ölkə üzrə seçici fəallığı 43,75 faiz təşkil edib. Artıq seçki ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.

Belə ki, hazırda 27-29% səslə Vladimir Zelenski liderdir. Seçicilərin 16-17%-i Pyotr Poroşenkoya, 14-15,5%-i Yuri Boykoya, 14-14,5%-i isə Yuliya Timoşenkoya səs verib.

Qeyd edək ki, səsvermə axşam saat 20:00-dək davam edəcək. Prezident postu uğrunda 39 namizəd mübarizə aparır.

Azvision.az



Teqlər: Ukrayna   Seçki  





Xəbər lenti