Rusiyada güclü yanğın: 5 nəfər öldü

  31 Mart 2019    Oxunub : 918
 Rusiyada güclü yanğın: 5 nəfər öldü
Rusiyanın Nijni Novqorod şəhərində ölümlə nəticələnən yanğın baş verib.
Azvision.az xəbər verir ki, hadisə yaşayış evlərindən birində qeydə alınıb. Güclü yanğın nəticəsində 5 nəfər həlak olub.

Onlardan üçü hadisə yerində, digər iki nəfəri isə təcili yardım avtomobilində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Rusiya   Yanğın