FETÖ-çü dustaqlar CHP-ni seçdilər

   FETÖ-çü dustaqlar CHP-ni seçdilər
  01 Aprel 2019    Oxunub:3506
Türkiyədə Fətullahçı terror təşkilatına (FETÖ) üzv olan keçmiş hərbçilərin saxlanıldığı həbsxanalarda keçirilən bələdiyyə seçkilərinin nəticələri məlum olub.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əsasən FETÖ-çülərin olduğu Sincan və Silivri cəzaçəkmə müəssisələrində Cümhuriyyət Xalq Partiyası (CHP) qalib gəlib.

Belə ki, Sincan həbsxanasında CHP 2 min, AKP 825 səs toplayıb. Silivridə isə CHP-yə 3902, hakim AKP-yə 2050 səs verilib.

Azvision.az



Teqlər: FETÖ   Türkiyə   Seçki  





Xəbər lenti