“Liverpul” vahid lider oldu - 11 oyundur uduzmur

  01 Aprel 2019    Oxunub : 1131
 “Liverpul” vahid lider oldu - 11 oyundur uduzmur
İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu gün iki görüş keçirilib. Günün ilk oyununda "Çelsi" səfərdə "Kardiff"i 1:2 hesabı ilə məğlub edib.

Lider "Liverpul" isə öz meydanında "Tottenhem"lə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri seviniblər - 2:1

Bu qələbə ilə xallarının sayını 79-a çatdıran "Liverpul" turnir cədvəlində vahid lider olub. "Mançester Siti" isə 77 xalla 2-cidir.

Qeyd edək ki, "Liverpul" 11 oyundur İngiltərə Premyer Liqasında məğlub olmur.

Azvision.az

Teqlər: Liverpul