Tovuzda partlayış olub: 2 nəfər dağıntılar altından çıxarılıb

     Tovuzda partlayış olub:    2 nəfər dağıntılar altından çıxarılıb
  01 Aprel 2019    Oxunub:3766
Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az



Teqlər: FHN   Tovuz   Partlayış  





Xəbər lenti