20 nəfər avtobusda yanaraq ölüb

  20 nəfər avtobusda yanaraq ölüb
  01 Aprel 2019    Oxunub:1883
Peruda avtobusun yanması nəticəsində azı 20 nəfər ölüb, 7 nəfər ağır yanıq xəsarətləri alıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir, hadisə Perunun mərkəzi hissəsində yerləşən avtovağzalda baş verib.

Yanğın ikimərtəbəli avtobusun arxa hissəsində başlayıb. Nəticədə avtobusun ikinci mərtəbəsində olan sərnişinlər nəqliyyat vasitəsini tərk edə bilməyiblər. Yalnız 7 nəfər avtobusdan çıxa bilib. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Peru   Yanğın  





Xəbər lenti