Bir ayda 463 partlamamış hərbi sursat zərərsizləşdirilib - FOTOLAR

  Bir ayda 463 partlamamış hərbi sursat zərərsizləşdirilib -  FOTOLAR
  01 Aprel 2019    Oxunub:2387
Martda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Daşkəsən, Füzuli, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonlarında, Bakı, Gəncə, Sumqayıt və Naftalan şəhərlərində 533 min 221 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, bu müddətdə 463 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 12 mina və tank əleyhinə 4 mina aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatlara 475 nəfərlik əməliyyat, 132 nəfərlik inzibati heyətlər, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub. Bu günədək cəmi 533 milyon 435 min 430 kvadratmetr ərazi təmizlənib, 802 min 894 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.



Martda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən iki, Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətindən iyirmi, DİN-in rayon-polis şöbələrindən üç, Dövlət Sərhəd Xidmətindən iki müraciət daxil olub. Müraciətlər əsasında 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonlarında, Bakı, Sumqayıt və Naftalan şəhərlərində 71 min 640 kvadratmetr ərazi yoxlanılıb.



331 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 8 və tank əleyhinə 2 mina aşkarlanıb. Həmin sursat yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib. Ötən ay mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.




Azvision.az


Teqlər: ANAMA   Mina  





Xəbər lenti