Bakıda daha bir yol qəzası: 1 ölü, 4 yaralı

   Bakıda daha bir yol qəzası:    1 ölü, 4 yaralı
  01 Aprel 2019    Oxunub:3137
Bu gün Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib. Belə ki, minik avtomobili dirəyə, onun arxasınca gələn "Sprinter" markalı mikroavtobus isə həmin avtomobilə çırpılıb.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Bildirilib ki, hadisə nəticəsində 65-68 yaşlı kişi dünyasını dəyişib.

Bundan başqa, digər bir şəxs - 45 yaşlı kişi qapalı kəllə beyin travması, daha 2 qadın, 1 kişi isə müxtəlif yüngül travmalarla Kliniki Tibbi Mərkəzə gətirilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qəza   Qaradağ  





Xəbər lenti