Xarici diplomatların regionlara səfəri başladı

  02 Aprel 2019    Oxunub : 942
 Xarici diplomatların regionlara səfəri başladı
Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə Azərbaycanda regionların inkişafı ilə tanış olmaq və bu xüsusda ölkənin bölgələrində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin 60-dan çox nümayəndəsinin Gəncə şəhərinə, Samux və Göygöl rayonlarına tanışlıq səfəri başlayıb.
Bu barədə Azvision.az -a XİN-dən məlumat verilib.

Səfər çərçivəsində diplomatlar Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksi, Nizamə Gəncəvi məqbərəsi, İmamzadə ziyarətgah kompleksi və Gəncə Avtomobil zavodu ilə tanış olacaqlar.

Eyni zamanda, diplomatlar Samux rayonunda “AqroEnerji” kompleksi və “Aqro Diary” MMC ilə, Göygöl rayonunda isə alman mədəni irsi, Göygöl Milli Parkı və Göygöl şərab zavodu ilə tanış olacaqlar.

Azvision.az

Teqlər: XİN   Diplomat