Paşinyan yenə Qarabağdan danışdı: “Tonoyanı işdən qovardım...”
“Əgər müdafiə naziri başqa bəyanat versəydi, onu işdən qovardım. O deyib ki, əgər müharibə olarsa, bizim cəhdimiz bu müharibədə qələbə qazanmaq olacaq və bu, normaldır. Bu cür bəyanat nizamlanma prosesinə heç bir kölgə salmır, əksinə sülh yolu ilə həllin vacibliyini vurğulayır”.
Qeyd edək ki, bu ilin martın 30-da Tonoyan Amerikadakı erməni icması ilə görüşündə sərsəm bəyanatla çıxış edib: “Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür”.
O, həmçinin, bundan sonra Ermənistanın hücum qoşun bölmələrinin sayını artıracaqlarını deyib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: