Düşmənin 7 tankını məhv edən Aprel qəhrəmanı - FOTOLAR

  02 Aprel 2019    Oxunub : 26666
Düşmənin 7 tankını məhv edən Aprel qəhrəmanı - FOTOLAR
Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlərdə qəhrəmanlıq göstərən zabitlərimizdən biri də Mirdamət Bağıyev olub.

Azvision.az -ın məlumatına görə, aprel döyüşlərində böyük qəhrəmanlıq göstərən M.Bağıyev Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenə layiq görülüb.


O, düşmənin 7 tankını, şəxsi heyəti daşıyan 3 dolu hərbi maşınını, 1 hərbi texnikasını, bir minik avtomobilini məhv edib.



Mirdamət döyüşlərin ilk günündə çiynindən güllə yarası alsa da, bunu kiməsə bildirməyib, yaralı-yaralı döyüşü davam etdirib. Döyüşlər səngiyəndən bir neçə gün sonra aldığı güllə yarası onu narahat etməyə başlayıb. Komandirlərinin ciddi yaralandığını görən hərbçilər təkidlə onun hospitala göndərilməsi üçün müraciət ediblər.



Anar Kəlbiyev
Azvision.az

Teqlər: Zabit   Mirdamət-Bağıyev