Qazaxıstan Azərbaycan istehsalı olan silahlarla maraqlanır

   Qazaxıstan Azərbaycan istehsalı olan silahlarla maraqlanır
  02 Aprel 2019    Oxunub:2638
Aprelin 2-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qonaqları salamlayan Yəhya Musayev Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı və nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verdi.

Görüşdə Qazaxıstanın Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlara və xidmətlərə maraq göstərdiyi qeyd olundu.

Tərəflər iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın vacibliyini vurğuladılar, sahə üzrə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi apardılar. Sonda müzakirə olunan məsələlərlə bağlı işçi qrupun yaradılmasına dair razılığa gəldilər.

Görüşdə Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi polkovnik Kahir Tezekbayev iştirak edirdi. Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda təşkil olunmuş hərbi təyinatlı məmulatların sərgisinə də baxdı.

Azvision.az


Teqlər: MSN   Silah  





Xəbər lenti