Şəhid ailələrinin 1000 manatadək kredit borcu silinəcək

  Şəhid ailələrinin 1000 manatadək kredit borcu silinəcək
  02 Aprel 2019    Oxunub:5098
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
Assosiasiyadan Azvision.az -a verilən məlumata görə, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib. Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilib.

Azvision.az



Teqlər: Kredit   Şəhid-Ailələri  





Xəbər lenti