Rusiyanın Hərbi-kosmik Akademiyasında partlayış - Yaralılar var
İlkin məlumata əsasən, partlayışa səbəb akademiyanın inzibati binasında minanın işə düşməsidir. İnsident nəticəsində 3 nəfərin xəsarət aldığı, daha 15 nəfərin isə blokada şəraitində qaldığı bildirilir.
“Partlayış tədris korpusunun ikinci mərtəbəsində dərs keçilən zaman baş verib. Ehtimal ki, hərbi sursat (mina) işə düşüb” – təcili tibbi yardım xidmətindən “İnterfax”a bildiriblər.
Hazırda insidentin baş verdiyi ərazidə xilasedicilər və Rusiya Fedreal Təhlükəsizlik Xidmətinin əməkdaşları işləyirlər.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Rusiya