Avtobusla maşın toqquşub: Ölən və yaralılar var

Avtobusla maşın toqquşub:   Ölən və yaralılar var
  02 Aprel 2019    Oxunub:3233
Aprelin 1-də saat 15 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rövşən Hüseynovun və Əlibala Babayevin idarə etdikləri “Mercedes-Sprinter” markalı avtobus və “VAZ-21099” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə Ə.Babayev hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti