82 yaşlı prezident istefa verdi

  02 Aprel 2019    Oxunub : 1219
 82 yaşlı prezident istefa verdi
Əlcəzair prezidenti Əbdüləziz Buteflika rəsmən istefa verdiyini elan edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 82 yaşlı Buteflika Konstitusiya Şurasının rəhbərini prezident səlahiyyətlərini dayandırdığı barədə məlumatlandırıb.

Qeyd edək ki, fevralın 22-dən Əlcəzairdə prezident Əbdüləziz Buteflikanın yenidən seçkilərdə iştirakına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Etirazlardan sonra Buteflika geri addım ataraq namizədliyini irəli sürməyəcəyini bildirib.

Azvision.az

Teqlər: Əlcəzair   Prezident   İstefa