Daş karxanasında faciə - 49 yaşlı kişi öldü

  03 Aprel 2019    Oxunub : 948
 Daş karxanasında faciə - 49 yaşlı kişi öldü
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda daş-çınqıl karxanasında torpaq sürüşməsinin baş verməsi, 1 nəfərin torpaq kütləsinin altında qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü İsmayılov İlham Rza oğlunun meyiti aşkar edilib və torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Azvision.az


Teqlər: FHN   Gəncə