Çində şagirdlərə bıçaqlı hücum edildi - Ölənlər var

Çində şagirdlərə bıçaqlı hücum edildi -  Ölənlər var
  03 Aprel 2019    Oxunub:2193
Çinin cənub-şərqindəki Hunan əyalətində bıçaqla silahlanmış şəxsin orta məktəb şagirdlərinə hücumu nəticəsində 2 nəfər həyatını itirib, daha 2 şagird isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında baş verən bıçaqlı hücumu həyata keçirən Çjen soyadlı 31 yaşlı kişidir və onun bu cinayəti hansı motivlə etməsi hələlik bəlli deyil.

Çin polisinin müdaxiləsi nəticəsində cinayətkar hadisə yerində həbs olunub və itkilərin sayının çoxalmasının qarşısı alınıb. Xəsarət alan uşaqlar xəstəxanaya yerləşdirilib və onların həyatına heç bir təhlükə yoxdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Çin  





Xəbər lenti