Çeçenistan Azərbaycanda nümayəndəlik açır

  03 Aprel 2019    Oxunub : 1849
 Çeçenistan Azərbaycanda nümayəndəlik açır
Bakı və Qroznı Azərbaycanda Çeçenistan Respublikasının nümayəndəliyinin açılması barədə razılığa gəlib.

Azvision.az İnterfax-a istinadən xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov VKontakte sosial şəbəkəsindəki səhifəsində yazıb.
Kadırov qeyd edib ki, müvafiq razılıq Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə Çeçenistan rəhbərinin müşaviri, Rusiyaa Dövlət Dumasının deputatı Adam Delimxanovun görüşü zamanı əldə olunub.

"Söhbət zamanı Azərbaycan və Çeçenistan Respublikası arasında iqtisadi, mədəni, idman və humanitar əlaqələrin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub, eləcə də Bakıda Çeçenistan Respublikasının nümayəndəliyinin açılması barədə razılığa gəlinib”, - deyə Kadırov yazıb.

Azvision.az

Teqlər: Çeçenistan   Kadırov