Parlamentin iclasının gündəliyi dəyişdi

 Parlamentin iclasının gündəliyi dəyişdi
  03 Aprel 2019    Oxunub:1575
Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında” və "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarına dəyişiklik layihələri gündəlikdən çıxarılıb.

İclasın gündəliyinə “Banklar haqqında” qanuna dəyişiklik layihəsi daxil edilib.

Qeyd edək ki, parlamentin növbəti plenar iclasında ümumilikdə 19 məsələ müzakirə olunacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti