Əlillərə qulluq edənlərə təqaüd verilməsi üçün tələb
Bəs bu təqaüdlərin ödənişi necə aparılacaq və təyin olunması üçün hansı sənədlər tələb ediləcək?
Hazırda bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq icra mexanizmi hazırlanır. Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunan təqaüdün onlara ödənilən sosial müavinətlə birgə ödənilməsi, bunun üçün hər hansı bir sənədin tələb olunmaması nəzərdə tutulur.
I qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd isə qulluq edən şəxsin özünə ödənəcək. Hazırlanmış ilkin layihədə qulluq edənin müəyyən edilməsi üçün tələb olunan sənədlərə qulluq edənin şəxsiyyət vəsiqəsi, müvafiq yerli icra hakimiyyəti orqanının vətəndaşın I qrup əlilliyi olan şəxsə qulluq göstərməsinə dair arayışı və Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə ərizəsi daxildir.
Azvision.az
Teqlər: ƏƏSMN