Şirvan sakini itkin düşüb - FOTO

Şirvan sakini itkin düşüb -  FOTO
  03 Aprel 2019    Oxunub:3409
Şirvan şəhər sakini Fəqan Cavadov martın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, evdən çıxarkən əynində mavi rəngli cins şalvar, mavi rəngli gödəkcə və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti