“10 nəfər Aprel qazisi “ASAN-xidmət”də çalışır” - Ülvi Mehdiyev

  “10 nəfər Aprel qazisi “ASAN-xidmət”də çalışır” -    Ülvi Mehdiyev
  03 Aprel 2019    Oxunub:7665
"Bu gün 3 il bundan öncə qazanılan Aprel zəfəri dövlət səviyyəsində qeyd olunur. Çünki bu uzun illərdən sonra Qarabağa dönüş yaratmış bir zəfərdir".
Azvision.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Agentlik sədri xatırladıb ki, bu döyüşlərdə torpaqlarımızın bir hissəsi işğaldan azad edilib: "Bütünlüklə cəmiyyətə, eləcə də beynəlxalq aləmə işğalla barışmayacağımızı sübut etdik. Hər kəs bildi ki, biz lazım gələrsə, hərbi-iqtisadi gücümüzlə torpaqlarımızı işğaldan azad edə bilərik".

Ü.Mehdiyev qeyd edib ki, hazırda 10 nəfər Aprel qazisi "ASAN-xidmət" mərkəzlərində çalışır: "Eləcə də bir neçə şəhid ailəsinin üzvləri "ASAN-xidmət" mərkəzlərində müvafiq işlə təmin olunub. Ümumiyyətlə dövlətimiz şəhid ailələrinə, qazilərə xüsusi diqqət ayırır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-xidmət   Ülvi-Mehdiyev  





Xəbər lenti