Azərbaycanda ixtisaslaşdırılmış məhkəmə yaradılır

   Azərbaycanda ixtisaslaşdırılmış məhkəmə yaradılır
  03 Aprel 2019    Oxunub:5208
Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq.

Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda bildirilib.
Qeyd edilib ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır.

Azvision.az



Teqlər: Prezident   Fərman   Məhkəmə  





Xəbər lenti