Ötən il Rusiya ilə ticarət dövriyyəsi 20 faiz artıb - Nazir

  04 Aprel 2019    Oxunub : 1013
 Ötən il Rusiya ilə ticarət dövriyyəsi 20 faiz artıb - Nazir
Bakıda Azərbaycan-Rusiya sənaye əməkdaşlıq forumu keçirilir.
Azvision.az xəbər verir ki, tədbir Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətinin və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə baş tutur.

Tədbiri giriş sözü ilə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev açıb. Nazir bildirib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700 -ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir :

"Bu günə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 mlrd. dollar investisiya yatırıb. Azərbaycan Rusiyanın yatırdığı investisiyaların həcmi 1,2 mlrd. dollardan çoxdur. 2018 -ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 %-ə qədər artaraq 2,55 mlrd. dollar təşkil edib. Artım tendensiyası bu ildə davam edib. Bu ilin iki ayında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 4% artaraq 340 mln dollar olub".

Forum çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə "Rostselmaş' kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, "AzOkso" ilə "Servicelnest" arasında hasarlara sistemlərinin qurulmasına dair Anlaşma Memorandumu, "AzOkso" ilə Avtomobil Yolları Dövlət Agentliyi arasında əməkdaşlığa dair saziş imzalanacaq.



Aytən Zəhra
Azvision.az

Teqlər: Azərbaycan   Rusiya   Forumu