AQTA-dan xəbərdarlıq : Bu məhsulu almayın

  04 Aprel 2019    Oxunub : 1113
 AQTA-dan xəbərdarlıq : Bu məhsulu almayın
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.
Azvision.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka - 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilmiş və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.



Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka - 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur. Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir.




Azvision.az

Teqlər: AQTA   Məhsul