Oğurluq edərək ölkədən qaçan şəxs Rusiyada tutuldu

  04 Aprel 2019    Oxunub : 474
 Oğurluq edərək ölkədən qaçan şəxs Rusiyada tutuldu
İmişli rayonunda silsilə oğurluqlar edərək ölkə ərazisindən qaçan şəxs Rusiya Federasiyasında saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (təkrar törədildikdə) və 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan rayon sakini Elçin Cəfərov Rusiya Federasiyasının hüquq-mühafizə orqanları və İmişli RPŞ-nin həmin ölkəyə ezam edilən əməkdaşları ilə birgə keçirilən tədbir nəticəsində tutularaq Azərbaycana gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Azvision.az

Teqlər: Oğurluq   İmişli