Prezidentin fərmanı ilə bağlı komissiya yaradıldı

   Prezidentin fərmanı ilə bağlı komissiya yaradıldı
  05 Aprel 2019    Oxunub:2771
Ədliyyə Nazirliyində Prezident fərmanı ilə bağlı komissiya yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli fərmanından irəli gələn vəzifələrin təxirəsalınmadan icrasının təşkili ilə bağlı Ədliyyə Nazirliyinin aprelin 4-də keçirilən kollegiya iclasında qərar qəbul olunub.

Kollegiyanın qərarı ilə fərmanın icrasının təşkili ilə bağlı xüsusi tədbirlər planı təsdiq olunub, aidiyyəti orqanlarla birgə müvafiq qanunvericilik layihələrinin hazırlanması üzrə əlaqələndirmə işçi komissiyası yaradılıb.

Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti