Bakıda 400-ə yaxın bina şəhərsalma qaydalarına uyğun tikilməyib

  05 Aprel 2019    Oxunub : 1261
 Bakıda 400-ə yaxın bina şəhərsalma qaydalarına uyğun tikilməyib
"400-ə yaxın MTK tərəfindən aparılan tikinti obyektləri şəhərsalma qaydalarına uyğun deyil".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib. Onun sözlərinə görə, son bir neçə ayda qurum 30-dan çox istismar və tikinti icazəsi verib:

"8 MTK üzrə qeyd olunan sənədlər imzalanıb və proses davam edir. Biz əhalini narahat edən bu problemin vacibliyini nəzərə alaraq, işi müvafiq fərmanda nəzərdə tutulan müddətdən də tez bir müddətdə həyata keçirməyə çalışırıq. Biz ilk 6 obyektə icazəni bir gün ərzində vermişik, çalışırıq ki, prosesi bu formatda davam etdirək".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Bakı   Tikinti   MTK