“Onlar pulları yığırlar, amma verilməsi məsələsində ...” - Komitə sədri

 “Onlar pulları yığırlar, amma verilməsi məsələsində ...” -    Komitə sədri
  05 Aprel 2019    Oxunub:2733
“Dünyanın heç bir ölkəsində təbii fəlakətlər nəticəsində dəyən zərəri dövlət ödəmir. Bunun səbəbi sığorta sistemində kifayət qədər arxayınçılığın olmasıdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar.

“Onlar pulları yığırlar, amma onların verilməsi məsələsində nə qədər çətinliklərlə üzləşirik. Bununla bağlı bizə şikayətlər daxil olur. Son 15 il ərzində dəyən ziyanı dövlətimiz öz üzərinə götürüb”-,deyə Z.Səmədzadə vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Sığorta  





Xəbər lenti