10 milyonuncu sakinin atası: “Gözümün nuru dünyaya gəlib”

   10 milyonuncu sakinin atası:    “Gözümün nuru dünyaya gəlib”
  06 Aprel 2019    Oxunub:5628
Xəbər verdiyimiz kimi, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub.

Körpənin atası Rauf Həsənov Azvision.az -a bildirib ki, yeni dünyaya gələn uşaq onların ilk övladıdır. R.Həsənov buna görə çox sevincli olduğunu deyib:
“Belə deyərdim ki, gözümün nuru dünyaya gəlib”.

Qızına hansı adı verəcəyinə gəlincə, R.Həsənov qeyd edib ki, bu məsələni valideynləri ilə razılaşdıracaq.

Qeyd edək ki, 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik ediblər.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Uşaq   10milyon  





Xəbər lenti