Şagirdin ölümü ilə bağlı daha bir açıqlama

  06 Aprel 2019    Oxunub : 2293
 Şagirdin ölümü ilə bağlı daha bir açıqlama
162 nömrəli tam orta məktəbdən 8-ci sinif şagirdinin ölümünə münasibət bildirilib.
Məktəbdən Azvision.az -a verilən daxil olan məlumatda deyilir ki, direktor Sevinc Abbasova məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın aldığı xəsarətlərdən dünyasını dəyişməsi ilə əlaqədar şagirdin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Qeyd edilib ki, eyni zamanda, məktəb direktoru bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin hadisənin həssaslığını nəzərə almasını xahiş edir:

"Məktəb direktoru məsələ ilə bağlı məlumatında bildirir ki, əvvəl 49 nömrəli "İntellekt" məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülüb.

Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır".

Azvision.az

Teqlər: Məktəb   Şagird   Ölüm   İntihar