Hacıqabulda ağır qəza: 2 nəfər yaralanıb

   Hacıqabulda ağır qəza:    2 nəfər yaralanıb
  07 Aprel 2019    Oxunub:2575
Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib.
Azvision.az -ın məlumatına görə, "VAZ 2106" markalı avtomobilin dəmir səddə çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar sürücü, 1998-ci il təvəllüdlü Həsənov Elşən Gülağa oğlu və sərnişin, 1979-cu il təvəllüdlü İbrahimli Qadir Şahbaz oğludur. Onların hər ikisi Hacıqabul sakinidir.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Hacıqabul   Qəza  





Xəbər lenti