Qurban Qurbanov: “Rəqib məğlubiyyətə layiq deyildi”

   Qurban Qurbanov:    “Rəqib məğlubiyyətə layiq deyildi”
  08 Aprel 2019    Oxunub:2452
"Gördüyünüz kimi, bizim üçün çətin oyun oldu. "Qəbələ" klubu çox yaxşı oynadı, məğlubiyyətə layiq deyildi"
Azvision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın XXIII turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

"Futbolçularıma təşəkkür edirəm, belə hava şəraitində düzgün oynadılar. Oyunda surət olmasa da, komandam tapşırıqları yerinə yetirməyə çalışdı. Məğlub olsalar belə, onlardan razı qalacaqdım. Rəqibə uğurlar arzulayıram", - Ağdam klubunun baş məşqçisi deyib.

Azvision.az



Teqlər: QurbanQurbanov   Qarabağ  





Xəbər lenti