Sabah Milli Məclisin iclası keçiriləcək

  Sabah Milli Məclisin iclası keçiriləcək
  08 Aprel 2019    Oxunub:2360
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, gündəliyə 19 məsələ daxil edilib.

İclasda Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabat təqdim olunacaq. Eyni zamanda gündəliyə Ailə, Vergi, İnzibati Xətalar, Su, Meşə və Əmək məcəllələrinə, o cümlədən “Gömrük taarifi haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Balıqçılıq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyaları haqqında”, “Avtomobil yolları haqqında” və digər qanunlara dəyişikliklər daxil edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti