Agentlik Şamaxıda körpünün dağılma xəbərini təkzib etdi - FOTO

  08 Aprel 2019    Oxunub : 802
 Agentlik Şamaxıda körpünün dağılma xəbərini təkzib etdi - FOTO
Ötən gün bəzi xəbər saytlarında Şamaxı rayonunda Pirsaat çayına gələn selin Sabir qəsəbəsində avtomobil körpüsünün bir hissəsini dağıtdığını, nəticədə nəqliyyatın hərəkətində çətinlik yarandığı barədə məlumat gedib.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, sözügedən ərazidə belə bir hadisə baş verməyib və avtomobil körpüsündə heç bir dağıntı qeydə alınmayıb: "Məlumat üçün bildirək ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsində yolun I texniki dərəcəyə uyğun genişləndirilməsi işləri həyata keçirilir. Bununla əlaqədar olaraq magistralın Sabir qəsəbəsindən keçən hissəsində vətəndaşların istər Şamaxı, istər sə də Bakı şəhəri istiqamətində rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Pirsaatçay körpüsünün qarşısında yeni 45 metr uzunluğunda yeraltı keçid inşa edilir.



Bu səbəbdən də sözügedən körpü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb və yaxınlıqda inşa edilmiş yeni körpüyə yönəldilib. Xahiş edirik nəzərə alasınız və avtomobil yolları, yol qurğuları ilə bağlı hər-hansı bir məlumat verilməmişdən öncə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirmə aparasınız", deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: AAYDA   Körpü