Bir gecədə 11 maşından oğurluq edənlər tutuldu - FOTOLAR

 Bir gecədə 11 maşından oğurluq edənlər tutuldu -  FOTOLAR
  08 Aprel 2019    Oxunub:4261
Xətai rayonunda sutkanın qaranlıq saatlarında avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Nicat Qasımzadə N.Əliyev küçəsində cinayət başında tutularaq ərazi üzrə 37-ci Polis Şöbəsinə təhvil verilib.



Saxlanılan şəxsin ətrafında 37-ci Polis Şöbəsində araşdırma aparılan zaman onun bir gecədə 11 avtomobilin şüşəsini sındırdığı məlum olub. N.Qasımzadə qeyd edilən cinayətləri paytaxt sakini Ceyhun Abbasovla birlikdə törətdiyini bildirib.



Qeyd edək ki, Ceyhun Abbasov bir neçə ay əvvəl analoji cinayətlər etdiyi üçün polislər tərəfindən saxlanılsa da, həmin vaxt yetkinlik yaşına çatmadığından onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.



Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri avtomobillərin salonlarından əsasən pul və digər qiymətli əşyalar oğurlayıblar. Onlar şüşəsi sındırılan nəqliyyat vasitələrinin birinin salonundan isə 1000 manat ələ keçiriblər. Dəstə üzvləri bir neçə gün əvvəl də Xətai rayonun digər küçələrində də avtomobillərin şüşələrini sındıraraq oğurluqlar etdikləri məlum olub.



Faktla bağlı 37-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti