Bakıda xadimə evdən 40 minlik qızıl oğurladı

   Bakıda xadimə evdən 40 minlik qızıl oğurladı
  08 Aprel 2019    Oxunub:2235
Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti