10 milyonuncu vətəndaşın atası - FOTO

  08 Aprel 2019    Oxunub : 25517
10 milyonuncu vətəndaşın atası - FOTO
Xəbər verdiyimiz kimi, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.
Azvision.az -ın əldə etdiyi məlumata görə, R.Həsənov 1991-ci ilin iyul ayının 18-də anadan olub. O, 2012-ci ildən polis orqanlarında xidmət edir. 2017-ci ilin dekabr ayında ailə həyatı qurub. Hazırda ailəsi ilə birlikdə Bakının Sulutəpə qəsəbəsində yaşayır.

Qeyd edək ki, Azərbaycanın 10 milyonuncu vətəndaşına ailəsi tərəfindən Mehriban adı qoyulub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Rauf-Həsənov