Sayımızı 10 milyon edən körpənin gerçək FOTOSU

  08 Aprel 2019    Oxunub : 9885
 Sayımızı 10 milyon edən körpənin gerçək FOTOSU
2019-cu ilin aprelin 6-da ölkənin 10 milyonuncu sakini doğulub. Respublika Perinatal Mərkəzində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Bu, ailənin ilk övladıdır.
Qeyd edək ki, ötən gün tanınmış aparıcı Hacı Nuran sosial şəbəkə hesabında qucağında uşaqla foto paylaşıb. Bir çox saytlar həmin körpənin 10 milyonuncu vətəndaş olduğunu zənn edərək xəbərlər yayıblar. Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova isə saytımıza açıqlamasında bunu təkzib edib. Hacı Nuranın şəklini paylaşdığı körpənin həmin uşaq olmadığını bildirib.

Bu xəbərdən sonra uşağın atası Rauf Həsənov qızının fotusunu Azvision.az a təqdim edib.

Qeyd edək ki, ailə Bakının Sulutəpə qəsəbəsində yaşayır. 10 milyonuncu vətəndaşın anası Nigar Ocaqova orta məktəbdə müəllim işləyir. Onun həyat yoldaşı Rauf Həsənov isə polis serjantıdır.

Aytən Zəhra
Azvision.az

Teqlər: 10milyon   Vətəndaş